FSB "Azov"un Medvedçuka dəyişdirilməsinin əleyhinə olub...

... lakin Putin təkid edib
FSB "Azov"un Medvedçuka dəyişdirilməsinin əleyhinə olub...

Mariupoldakı “Azovstal”ın müdafiə komandirləri Ukrayna hərbi kəşfiyyatının rəisi Kirill Budanov ilə birlikdə hərbi əsirlərin mübadiləsindən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə videobağlantı vasitəsilə danışırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

Qeyd edilir ki, Rusiya Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Mariupolda əsir götürülmüş Ukraynanın “Azov” alayının komandirlərinin azad edilməsinin əleyhinə olub, lakin Rusiya prezidenti Vladimir Putin xüsusi xidmət orqanının rəyinə qulaq asmadan və mübadiləni təsdiqləyib.

Bildirək ki, bu bəyanatla ABŞ və Ukraynanın adı açıqlanmayan yüksək rütbəli nümayəndələrinə istinad edən “The Washington Post” qəzeti bildirib.

Qəzet xatırladır ki, sentyabrın 21-də mübadilə zamanı 215 ukraynalı və 55 rusiyalı məhbus azad edilib. Həmçinin Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən əsir götürülən 10 üçüncü ölkə vətəndaşı və Putinin xaç atası Ali Radanın deputatı Viktor Medvedçuk azad edilib.

Məqalədə iş adamı Roman Abramoviçin mübadilədəki rolundan da bəhs edilir. “Washington Post”un yazdığına görə, o, bir neçə ay ərzində həm Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, həm də Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak, eləcə də Rusiya Federasiyasının rəhbərliyi ilə danışıqlar apararaq vasitəçi rolunu oynayıb.

Deyilənlərə görə, mübadilədə Səudiyyə Ərəbistanı rəhbərliyinin də rolu olub.

...Abramoviç və vəliəhd şahzadə Məhəmməd bin Salman arasında danışıqlarda iştirakın əsas motivi onların Qərbdə mövqelərini gücləndirmək istəyi olub. Amma maraqlıdır ki, Abramoviçin nümayəndələri bu barədə şərh verməkdən nədənsə imtina ediblər.

...Mübadilənin bir neçə dəfə təxirə salındığı da iddia edilir. Nəhayət, bu Vladimir Putinin Rusiyada səfərbərlik elan etdiyi gün baş verib.

O da maraqlıdır ki, Ukrayna ilə müharibənin tərəfdarları arasında olan bir çox rus şərhçiləri bu mübadiləni son dərəcə mənfi qarşılayıblar, xüsusən də aprel ayından Ukraynada həbsdə olan Medvedçukun “Azov”la dəyişdirilməsini tənqid edibər.

“The Washington Post”- nin Dövlət Departamentindəki mənbələrindən biri təsdiq edib ki, Medvedçukun taleyi Putinin mübadiləni bəyənməsinə səbəb olan amillərdən biri olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə