Marina Ovsyannikova axtarışa verilib

Marina Ovsyannikova axtarışa verilib

Rusiya Daxili İşlər Nazirliyi Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikovanı axtarışa verib.

SİA-nın TASS-dan əldə etdiyi məlumata görə, bu xəbər Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasından əldə olunub.

Deməli, Ovsyannikova Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham olunur.

“Ovsyannikova Marina Vladimirovna, 19 iyun 1978-ci il təvəllüdlü. Doğulduğu yer: Ukrayna SSR, Odessa şəhəri. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - məlumat bazasında deyilir.

Daha əvvəl qadının keçmiş əri İqor Ovsyannikov onun ev dustaqlığından qaçdığını bildirib. Onun sözlərinə görə, Ovsyannikova 11 yaşlı qızı ilə birlikdə naməlum istiqamətə qaçıb. Ovsyannikov əlavə edib ki, qız bir aydır məktəbə getmir və onun harada olması barədə heç nə bilmir.

Qeyd edək ki, Ovsyannikova əvvəllər qanunu pozduğuna görə Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsi - İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi və İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi ilə bir neçə dəfə inzibati cərimələrə məhkum edilib.

Xatırladaq ki, Marina Ovsyannikova 2022-ci ilin martında Birinci Kanalın canlı yayımına pasifist posterlə daxil olandan sonra məşhurlaşıb. Bundan sonra o, 30 min rubl cərimələnən Marina, bir müddət Rusiya Federasiyasını tərk etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə