Bir milyon yarım dəst hərbi geyim hara yoxa çıxıb?

Bir milyon yarım dəst hərbi geyim hara yoxa çıxıb?

Rusiyanınn Cənub Hərbi Dairəsi qoşunları komandanının keçmiş müavini, Dövlət Dumasının Transbaykaliyadan olan deputatı Andrey Qurulyov anbarlardan bir milyon yarım dəst hərbi geyimin yoxa çıxdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qurulyov hərbi geyimlərin hara yoxa çıxdığı barədə xəbərsiz olduğunu bildirib.

Rusiyada səfərbərlik başlayandan sonra mütəmadi olaraq bölgələrdən hərbçilər üçün ilkin geyim formasının, ilk tibbi yardım dəstlərinin, ayaqqabıların və hərbi geyimlərin olmaması ilə bağlı xəbərlər gəlir.

“...Amma bir müddət əvvəl anbarlar hərbi dəstlərlə dolu idi,.. harada buxarlandı? Bunu heç bir yerdə heç kim heç bir şəkildə izah edə bilməz!” - deyə deputat buna münasibət bildirib.
Qeyd edək ki, onun sözlərini “Sibir.Realii” sitat gətirir.

Xatırladaq ki, sentyabrın 24-də Müdafiə Nazirliyi silahlı qüvvələrin maddi-texniki təminatına cavabdeh olan nazir müavini, ordu generalı Dmitri Bulqakovun başqa işə keçdiyini elan edib.

Yeri gəlmişkən, o 2008-ci ildən vəzifədə olub, amma yeni vəzifəsi hələ ki, açıqlanmayıb.

…Sentyabrın 21-də Vladimir Putin Rusiyada səfərbərlik elan etdi. Fərmanda buna qismən deyilir, lakin Müdafiə Nazirliyi hərbi xidmətə çağırış üçün çox geniş səlahiyyətlər verib ki, bu səlahiyyətlərə əsasən hərbi xidmətə cəlb olunan istənilən şəxs faktiki olaraq düşə bilər. Çoxsaylı xəbərlər var ki, çağırış vərəqəsinin orduda xidmət etməyən, qanuni yaş həddini keçən və sair şəxslər tərəfindən alınır. Səfərbərlik elan edildikdən sonra yüz minlərlə rus başqa ölkələrə, əsasən Qazaxıstan, Ermənistan, Gürcüstan, həmçinin Qırğızıstan, Özbəkistan və Tacikistana qaçıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə