Bosniya və Herseqovinada seçki qanunu dəyişdirilib

Bosniya və Herseqovinada seçki qanunu dəyişdirilib

Bosniya və Herseqovinada keçirilən ümumi seçkilərdə səslərin hesablanması zamanı seçki qanunu dəyişdirilib. SİA xəbər verir ki, beynəlxalq ictimaiyyət tərəfindən Bosniya və Herseqovinada Dayton Sülh Müqaviləsinin icrasına nəzarət etmək üçün təyin olunmuş Bosniya və Herseqovinanın Ali Nümayəndəsi Kristian Şmidt Bonn səlahiyyətlərinə əsaslanaraq, Bosniya siyasətçilərinin razılaşa bilmədiyi seçki qanunu düzəlişlərini qüvvəyə mindirib.

Bosniya və Herseqovina vətəndaşlarına ünvanlanmış bir məktub dərc edərək bu gün keçirilən seçkilərlə bağlı seçiciləri təbrik edən Şmidt, seçicilərin iradəsini əks etdirmək üçün seçki qanununda dəyişikliklər etdiyini açıqlayıb. Şmidt bildirib ki, Bosniya və Herseqovina daxilindəki iki qurumdan biri olan Bosniya və Herseqovina Federasiyasında həyata keçiriləcək dəyişikliklər sayəsində qurumun idarə edilməsinin funksionallığı təkmilləşdiriləcək. Dəyişikliklərin bugünkü seçkilərə təsir etməyəcəyini bildirən Şmidt, bu dəyişikliyin beynəlxalq və yerli məhkəmələrin seçki sistemi ilə bağlı qərarlarının icrası olmadığını və Daytonun müddəalarını dəyişdirmək səlahiyyətinin yalnız Bosniya və Herseqovina Parlamentinin olduğunu qeyd edib.

Qurumun Konstitusiyasına edilən düzəlişlərə Bosniya və Herseqovina Federasiyasının Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi, qurumu təşkil edən kantonların qurumun parlamentində təmsilçilik nisbətinin tənzimlənməsi və hakimlərin seçilməsi (qurumun prezidenti və vitse-prezidenti) ilə bağlı tənzimləmələr daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə