"Rusiya və Ukraynadan böyük miqrasiya dalğasını qəbul etməyə hazırıq" - İSRAİL
İsrail Rusiya və Ukraynadan gələn böyük miqrasiya dalğasını qəbul etməyə hazır olduğunu bəyan edib. Sözügedən miqrasiya dalğasının on minlərlə insanı əhatə edəcəyi bildirilib. SİA xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanası məlumat yayıb. “Biz Rusiya və Ukraynada baş verən son hadisələr fonunda İsrailə böyük bir immiqrasiya dalğasını qəbul etməyə hazırlaşırıq”, - deyə bəyanatda bildirilir.
İsrail Mərkəzi Statistika Mərkəzinin məlumatına görə, son iyirmi ildə İsrailə ən çox immiqrant göndərən iki ölkə Rusiya və Ukrayna olub. Rusiya və Ukraynadan İsrailə köçənlərin əksəriyyəti yəhudi əsilli mühacirlərdir və onlara İsrail qanunlarına əsasən vətəndaşlıq verilir. Yəməndə aprelin 2-dən davam edən atəşkəs başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB