Filippin və ABŞ ordusu sabah 12 günlük hərbi təlimə başlayacaq. SİA xəbər verir ki, "Manila Standard"ın məluamtına görə, Filippin Dəniz Piyadaları Korpusu ABŞ Silahlı Qüvvələri ilə Luzon adası ətrafında keçiriləcək təlimin sabah başlayacağını açıqlayıb.
İlk dəfə olaraq Cənubi Koreya və Yaponiya orduları təlimdə müşahidəçi qismində iştirak edəcək. Təlim tərəflərin əməkdaşlığını artırmaq və taktiki əməliyyatlar vasitəsilə dəniz piyadalarının humanitar və təcili yardım imkanlarını təkmilləşdirmək məqsədi daşıyır. Təlim oktyabrın 14-də başa çatacaq.
Təlimdə ABŞ Silahlı Qüvvələri 5500 şəxsi heyətlə iştirak edəcək. ABŞ ordusunun 3-cü dəniz piyada diviziyasının komandiri general-mayor Cey Bargeron deyib: “Bu təlimlər bizim qüvvələrimizə Hind-Sakit Okean hövzəsində böhranlara operativ reaksiya verməyə hazırlığımızı təmin etmək üçün qarşılıqlı fəaliyyət qabiliyyətini və hazırlığı gücləndirməyə imkan verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB