NATO kəşfiyyatı bir sıra müttəfiqlərə “Belqorod” sualtı qayığının hərəkətləri və "Poseydon" super torpedosunun mümkün sınağı barədə hesabat göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-yə istinadən “La Repubblica” nəşri yazır.
Qeyd edək ki, nəşr nüvə başlığı ilə təchiz edilmiş “Poseydon” torpedosunun “radioaktiv sunami”yə səbəb ola biləcəyinə diqqət çəkir. ABŞ istehsalı olan infraqırmızı sensorlu peyklər “Poseidon” vəziyyətində yararsız ola bilər.
Maraqlıdır ki, bunu “La Repubblica” nəşri etiraf edir.
...Qərb kəşfiyyatı əmindir ki, sualtı qayıq heç vaxt Ağ dənizdən kənara çıxmayıb və ancaq orada sınaqdan keçirilir.
Bunu da qəzet yazır.
Yeri gəlmişkən qeyd edək ki, “Belqorod” sualtı qayığı 2019-cu ildə Severodvinskdə suya buraxılıb. Onu da bildirək ki, Rusiyada bu günə qədər istehsal edilən ən uzun sualtı qayıqdır. Sualtı qayıq içərisində olan silahlar birlikdə bir şəhəri yox edə biləcək gücə malik olduğu üçün onu həm də “şəhər qatili” adlandırırlar.
ABŞ mətbuatı onun bu günə qədər mövcud olmuş ən uzun sualtı vasitə adlandırıb, belə ki, “Belqorod”un uzunluğu 185 metrə bərabərdir və o, 6 ədəd nüvə torpedosu daşıya bilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB