Bolqarıstanda parlament seçkilərində "GERB-SDS" bloku qalib gəlir

Bolqarıstanda parlament seçkilərində "GERB-SDS" bloku qalib gəlir

Bolqarıstanda bu gün başa çatan növbədənkənar parlament seçkilərində "exit-poll" nəticələrinə görə, "Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda" (GERB) siyasi partiyası "Demokratik Qüvvələr İttifaqı" (SDS) ilə koalisiyada qalib gəlib.

SİA Trend-ə istinadən xəbər verir ki, “Alpha Research” sosioloji agentliyinin keçirdiyi sorğuya əsasən, təxminən 25,5 faiz seçici GERB-ə səs verib, "Market Links" sosioloji agentliyinin məlumatına görə də siyasi partiya bloku eyni səs toplayıb.

"Dəyişiklikləri davam edirik" partiyası, "Alpha Research" agentilyinin hesablamalarına görə, 19,9 faiz səs toplayıb. "Market Links"in məlumatlarına görə, 18,4 faiz səs toplayıb. Partiya ikinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə