Tədqiqat aparılır...

...Necə deyərlər, bunların da işi-gücü qurtarıb..?

Deməli, hüquq-mühafizə orqanları internetdə Krımda keçirilən gözəllik müsabiqəsinin qalibi Olqa Valeevanın ukraynalı millətçilərin mahnısını ifa etdiyi videonun yayılmasından sonra yoxlamaya başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti”-yə Krım Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, toplanmış materiallarla bağlı “qanunvericiliyə uyğun” qərar veriləcək.

Maraqlıdır ki, Valeevanın özü “KP-Krım”a verdiyi müsahibəsində kompozisiyanın hansı semantik yük daşıdığını bilmədiyini söyləyib.

Xəbərləri izləmədiyini deyən qadın, mahnının ona uşaqlıqdan xalq mahnısı kimi tanış olduğunu əlavə edib.

Onu da bildirək ki, əvvəllər Valeeva "Gözəllik Kraliçası – Krım. Bahar 2022" müsabiqəsinin qalibi olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə