Danimarka enerji agentliyi ekspertlərin artıq “Şimal axını 1” qaz kəmərində qaz sızmalarını müşahidə etmədiklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” “Associated Press”ə istinadən xəbər verir.
“Nord Stream AG” Danimarka Enerji Agentliyinə “Şimal axını 1” qaz kəmərinin hər iki xətti üzrə sabit təzyiqin mövcud olduğu barədə məlumat verib”, - deyə məlumatda bildirilir.
Bu o deməkdir ki, hər iki xətdə qaz sızması başa çatıb.
Qeyd edək ki, bir gün əvvəl Danimarka Enerji Agentliyi də “Şimal axını 2” qaz kəmərindən qaz sızmasının dayandırıldığını açıqlamışdı.
Xatırladaq ki, sentyabrın 26-da hər iki “Şimal axını”nda qəza baş vermişdi. Belə ki, fövqəladə vəziyyətin hökm sürdüyü eksklüziv iqtisadi zonalarda Danimarka və İsveçdə seysmoloqlar güclü partlayışlar qeydə almışdılar. Hadisə nəticəsində borularda təzyiq kəskin şəkildə aşağı düşüb, dörd sızma əmələ gəlmişdi.
Bu arada Qazprom bildirib ki, qəza zamanı iki qaz kəmərinin üç xəttində 800 milyon kubmetr qaz olub. Şirkət nümayəndəsi Sergey Kupriyanov qeyd edib ki, Danimarka üç ayda təxminən eyni miqdarda qaz istehlak edir. O əlavə edib ki, “Şimal axını”nın bərpasının vaxtını indi təxmin etmək mümkün deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB