Zelenski: "Rus vəzifəlilər artıq bir-birini dişləməyə başlayıblar"

Zelenski: "Rus vəzifəlilər artıq bir-birini dişləməyə başlayıblar"

Zelenski Krasnıy Limanın tam təmizlənməsini elan edib

Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətinin Krasnı Liman şəhərinin Ukrayna hərbçiləri tərəfindən ələ keçirilməsinə münasibət bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şəhərin azad edilməsi Rusiya prezidenti Vladimir Putinin Donetsk də daxil olmaqla Ukraynanın 4 vilayətinin ilhaqını elan etməsindən bir gün sonra elan edilib.

“Beləliklə, Rusiya Donbasda fars yaratdı. Mütləq fars, onlar bunu referendum kimi təqdim etmək istəyirdilər... İndi isə şəhərdə Ukrayna bayrağı var... Ukrayna bayrağı artıq Donetsk vilayətinin Krasnı Liman şəhərində dalğalanır. Döyüşlər hələ də davam etsə də amma şəhərdi bir nəfər də rus əsgəri qalmayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gecə rus qoşunlarının Krasnı Limanı tərk etdiyini və guya “daha ​​sərfəli mövqelərə” geri çəkildiyini təsdiqləyib. İndi cəbhə şəhərin şərqinə, təxminən Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədi boyunca keçir. Rusiya hərbi müxbirlərinin məlumatına görə, Ukrayna hərbçiləri Luqansk vilayətinin Kremennaya şəhərinə hücum cəhdlərini davam etdirir.

Bu arada sosial şəbəkələrdə Krasnı Limanın mərkəzində ukraynalı əsgərlərin foto və videoları yayılıb. Videolardan birində onlar “DXR” adlanan qurumun rəhbəri Denis Puşilinin qəbul otağına, Puşilinin özünün və Vladimir Putinin portretləri ilə “baxış keçirirlər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə