Zelenski Krasnıy Limanın tam təmizlənməsini elan edib

Zelenski Krasnıy Limanın tam təmizlənməsini elan edib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələri tərəfindən Krasnı Limanın “tam təmizləndiyini” elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bazar günü, oktyabrın 2-də, TASS xəbər verib.

Agentliyin məlumatına görə, Ukrayna rəhbəri videomüraciətində bildirib ki, saat 12:30-a (Moskva ilə üst-üstə düşür) Krasnı Liman ruslardan tamamilə təmizlənib.

Öz növbəsində Rusiya Müdafiə Nazirliyi mühasirəyə düşmə təhlükəsi səbəbindən müttəfiq qüvvələrin Krasnı Limandan geri çəkilməyə məcbur olduğunu etiraf edib.

Yeri gəlmişkən,

sentyabrın 2-də rusların ğn cəbhədə olan müxbiri Yevgeni Poddubnı, Rusiya Silahlı Qüvvələri və müttəfiq qüvvələrin döyüşçüləri Krasnı Limanı tərk etdikdən sonra Luqansk vilayətinin Kremennaya şəhərində məskunlaşdıqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə