Fransanın Burkina Fasodakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir
Burkina Fasoda 30 sentyabr dövlət çevrilişini dəstəkləyən gənclər bazar günü səhər saatlarında paytaxt Uaqduquda Fransa səfirliyi qarşısında binaları yandırmaq və missiya ərazisinə daxil olmaq cəhdləri ilə birlikdə etiraz aksiyası keçiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, toplaşan onlarla insan səfirliyə daş atıb və diplomatik nümayəndəliyin perimetri ətrafında quraşdırılmış tikanlı məftilləri götürüblər.
Fransız əsgərləri səfirliyin damındadır. AFP-nin məlumatına görə, izdihamı səfirlik ərazisindən dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. İtkilər barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB