Rusiya Silahlı Qüvvələrinin 60 110 hərbçisi məhv edilib

Ukrayna Ordusu müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 60 110 hərbçisini məhv edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ötən sutkada işğalçıların 500 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 377 tank, 4 975 zirehli maşın, 1 405 artilleriya sistemi, 337 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 264 təyyarə, 227 helikopter, 1 015 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 796 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə