Müdafiə naziri Ukraynaya NİYƏ GİZLİ SƏFƏR ETDİ?

Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynaya gizli səfər edib. SİA xəbər verir ki, bu barədə "Die Welt" nəşri yazıb.

Məlumata görə, Lambrext Odessada ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.

Səfər zamanı nazir yaxın günlərdə Ukraynaya "İris-T SLM" hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyinə söz verib. Bundan əlavə, nazir Almaniyanın "vacib infrastrukturun" qorunmasına kömək edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə