Uels Britaniyadan ayrılmağa çağırış edib

Uelsin paytaxtı Kardiffdə bir neçə min insan küçələrə çıxaraq Böyük Britaniyadan ayrılmağa çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Wales Online portalı məlumat yayıb.

Qeyd olunur ki, aksiya iştirakçıları əllərində tutduqları bayraq və plakatlarla şəhəri gəziblər.

Maraqlıdır ki, “Taxt Oyunları” serialının prequel “Əjdahalar evi” filmində rol alan britaniyalı aktyor Culian Lyuis Cons etirazçılar arasında görüntülənib.

Hətta o, çıxış edərək nümayişçilərə müraciət edib.

Oxşar aksiya iyul ayında Uelsin şimalında, Rekshem şəhərində baş verib. Orada səkkiz minə yaxın insan iştirak edib.

Yeri gəlmişkən, iyunun sonunda Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri Nikola Sturgeon 2023-cü il oktyabrın 19-da regionun Böyük Britaniyadan ayrılması ilə bağlı ikinci referendumun keçirilməsini təklif edib. O, məsələnin Böyük Britaniya Ali Məhkəməsinə təqdim ediləcəyini də qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə