Bu ölkələr verdiyi öhdəlikləri yerinə yetirməlidirlər

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün tələbləri yüngülləşdirməkdən imtina edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bildirib ki, Ankara İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün tələbləri yüngülləşdirmək niyyətində deyil. SİA bu barədə rus saytlarına istinad edir.

“Ölkəmizə verilən vədlər yerinə yetirilməyənə qədər biz prinsipial mövqeyimizi dəyişməyəcəyik. İsveç və Finlandiyanın vədlərini yerinə yetirib-yetirmədiyini diqqətlə izləyirik", - Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti əlavə edib ki, Cümhuriyyət Parlamenti İsveç və Finlandiya ilə müqaviləni yalnız bütün öhdəliklərini yerinə yetirdikdən sonra ratifikasiya edəcək.

Xatırladaq ki, söhbət ilk növbədə kürd qruplaşmalarının və FETÖ təşkilatının üzvlərinin Türkiyəyə ekstradisiyasından, eləcə də onların dəstəyinə son qoyulmasından gedir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə