"İndi Putinə sui-qəsd üçün ilkin şərtlər var..."

Bunu rusiyalı siyasətçi deyir...

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən yeddi ay sonra Rusiya regionlarında iğtişaşlar və təcavüzkar ölkənin prezidenti Vladimir Putinin həyatına qəsd üçün ilkin şərtlər ortaya çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “UNİAN”-a müsahibəsində rusiyalı müxalif siyasətçi Gennadi Qudkov deyib.

Onun dediyinə görə, artıq regionlar oyana bilər, amma indi onların zəncirvari reaksiyadan keçməsi üçün kifayət qədər ilkin şərtlər yoxdur. Regionlar yalnız detonator rolunu oynaya bilər, lakin onlar rejim dəyişikliyinə gətirib çıxara bilməzlər. Əgər onlar bu prosesin detonatoru kimi çıxış etsələr, zəncirvari reaksiya baş verə bilər.

...Və bu da Moskvada Putinin həyatına son qoyacaq və ya onu hakimiyyətdən uzaqlaşdıracaq bir növ inqilab başlaya bilər. Qeyd edim ki, bunları Qudkov bildirib.

Maraqlıdır ki, Qudkov Rusiya elitasının artıq açıq şəkildə Putinə nifrət etdiyini bildirir:

“Bəli, indi elita Putinə nifrət edir. Həm regional, həm də Moskva. Amma məsələ bu deyil. Məsələ burasındadır ki, bu nifrətdən liderin sıradan çıxarılmasına qədər çox böyük məsafə var. Və bu, keçəcəkmi? Bilmirik. və biz bu variantı real variant kimi götürə bilmərik”.

Qudkov onu da qeyd edib ki, Rusiya elitası indi baş verən hər şeyi başa düşür. “Elita, xalqdan fərqli olaraq, nə baş verdiyini yaxşı anlayır. Onlar başa düşürlər ki, onları gələcəkdən məhrum ediblər. Hətta onları indisindən də məhrum ediblər və hətta onları həyatlarından da məhrum edə bilərlər”...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə