PUA-lar Ukraynanın Baykar zavodunda yığılacaq

PUA-lar Ukraynanın Baykar zavodunda yığılacaq

Ukraynada Baykar zavodu “Bayraktar Akıncı” pilotsuz uçan aparatlarının yüksək hündürlükdə uzun mənzilli modelinin yığılmasına başlayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

“...Ukraynadakı “Baykar” zavodunda həm mövcud “Bayraktar TB2” dron modelini, həm də hələ Ukraynaya təhvil verilməyən “Bayraktar Akıncı” yüksək hündürlükdə uzun mənzilli modelləri yığılacaq”, - deyə baş direktor bildirib.

Haluk Bayraktarın sözlərinə görə, baş verən hadisələrə baxmayaraq, Ukraynada Baykar zavodunun yaradılması üzrə işlər davam edir. Baş direktor bildirib ki, yeni modellərin buraxılması planlaşdırılır və hətta onlardan biri Ukrayna adını da ala bilər.

Qeyd edək ki, daha əvvəl Türkiyənin təyyarə istehsalçısı “Baykar Makina” Rusiyaya dronların tədarükündən imtina edərək, bu ölkəyə heç vaxt pilotsuz uçuş aparatı tədarük etmədiyini vurğulamışdı.

“...Çünki biz Ukraynanı dəstəkləyirik” deyə şirkətin baş direktoru bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə