Ukraynalı qaçqına 75 bıçaq zərbəsi vurulub - FOTOLAR

Ukraynalı qaçqına 75 bıçaq zərbəsi vurulub - FOTOLAR

İrlandiyada səkkiz yaşlı ukraynalı qaçqına 75 bıçaq zərbəsi vurulub. Yaxınlıqda onun 46 yaşlı anası huşsuz vəziyyətdə tapılıb. SİA xəbər verir ki, məlumata görə, ailə Klerkasl kəndindəki 15 digər ukraynalı qaçqınla birlikdə onlar üçün ayrılmış xüsusi binada yaşayıb. Ev sakinlərindən biri pəncərədən baxanda ağır yaralı qızı görüb və dərhal polisə xəbər verib.

Hüquq mühafizəçiləri və təcili yardım hadisə yerinə gəldikdə dəhşətli mənzərə ilə üzləşiblər. Hazırda qadınla uşaq yerli xəstəxanada reanimasiyada yatırlar. Evin qorxu içində olan digər sakinləri, o cümlədən bir neçə uşaq başqa yaşayış yerinə köçürülüblər. Zərərçəkənlərin vəziyyəti ağır olduğundan polis onları dindirə bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə