Monqolustan hökuməti ona müraciət edən bütün ruslara yaşayış icazəsi verəcəyini vəd edib.
“Rusiya Federasiyasının vətəndaşları Monqolustanda müəyyən müddət qalmaq üçün müraciət edirlər. Bununla bağlı müraciət etmiş Rusiya Federasiyası vətəndaşlarına müvafiq kateqoriya yaşamaq icazəsinin verilməsi barədə qərar qəbul edilib”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, deyə ölkənin immiqrasiya agentliyinin rəhbəri Nerguin Uuqanbayar bildirib.
O xatırladıb ki, Rusiya Federasiyası vətəndaşları Monqolustanda 30 günə qədər vizasız qala bilərlər. Eyni zamanda, “cəmi bir gündə 160-a yaxın vətəndaş viza müddətini 30 günə uzadıb”.
Qeyd edək ki, ruslar Monqolustana da gedib çıxıblar. Belə ki, Rusiyada qismən səfərbərliyə başlayandan sonra ilk həftədə 6 mindən çox rus Monqolustana daxil olub və daha 750-yə yaxın insan ölkədə qalma müddətini uzatdırıb.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan hakimiyyəti qismən səfərbərlik fonunda rusların ölkəyə girişini məhdudlaşdırmayacağını, lakin yaşayış icazəsinin yalnız Rusiya hakimiyyətinin razılığı ilə veriləcəyini açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə