İsveç Türkiyəyə silah embarqosunu aradan qaldırıb

İsveç Türkiyəyə silah embarqosunu aradan qaldırıb

İsveç Türkiyəyə tətbiq etdiyi silah ixracı embarqosunu aradan qaldırıb.

SİA-nın məlumatına görə, bu barədə İsveçin Strateji Məhsullar Müfəttişliyinin qərarında deyilir.

Qeyd olunur ki, qərara əsasən, Türkiyəyə silah və hərbi avadanlıqlar, o cümlədən, elektron və texnoloji qurğular ixrac edilə bilər.

Bundan başqa, o da vurğulanır ki, embarqonun aradan qaldırılması qərarı İsveçin NATO-ya üzvlüyü ilə əlaqədardır.

İsveç 2019-cu ildə Türkiyəyə silah embarqosu tətbiq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə