Ukraynaya 12,4 milyard dollarlıq yardım paketi təsdiqləndi

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin verilməsinə səs verib. SİA yerli mətbuata istinadla xəbər verir ki, vəsaitin 7,8 milyard dolları müdafiə ehtiyaclarına, 4,6 milyard dollar isə Ukraynaya birbaşa büdcə dəstəyinə ayrılacaq.

Sənəd, həmçinin Ağ Evin ABŞ Müdafiə Nazirliyinin anbarlarından yeni maliyyə ilində 3,7 milyard dollar məbləğində silah və texnikanı Ukraynaya ötürmək səlahiyyətini yeniləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə