Tailandda 500 illik tarixi olan məbəd uçdu

500 illik məbəd hava şəraitinə tab gətirə bilməyib. SİA xəbər verir ki, güclü musson mövsümü yaşayan Tailandın Çianq May şəhərində günorta saatlarında 500 illik tarixi məbədin "Wat Srisuphan Silver" paqodasının bir hissəsi çöküb. Gecə tufanından sonra növbətçi rahiblər məbədin paqoda binasında çat olduğunu bildirdikdən sonra məbədin ətrafında təhlükəsizlik tədbirləri görülüb və baş verə biləcək fəlakətin qarşısı alınıb.

Daha sonra genişlənən çat nəticəsində məbədin paqodası ikiyə ayrılıb və çökməni izləmək üçün çox sayda insanın məbədin ətrafında olduğu görülüb. Tailand Meteorologiya Departamenti Nuro qasırğasının təsirlərinin 29 sentyabr - 1 oktyabr tarixləri arasında hadisənin baş verdiyi Çianq Mai şəhəri üçün görünəcəyini bildirib və şiddətli fırtına xəbərdarlığı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə