QAİ əməkdaşları da çağırış vərəqələri paylayacaq

Budur, artıq yol polisi əməkdaşları da Rusiyadakı səfərbərliyə öz töhfələrini verəcəklər. Beləliklə, Moskvanın rayonlarından birində yol polisi əməkdaşlarına hərbi xidmətə cəlb olunanlara çağırış vərəqələrinin çatdırılmasında hərbi komissarlıqlara köməklik etmək tapşırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Shot Telegram” kanalının yayıb.

Kanalın məlumatına görə, bu göstəriş şifahi verilib. Amma tapşırıq üçün 10-a yaxın DYP əməkdaşı ayrılıb ki, onlar səhər saat 4-dən başlayaraq hərbi komissarlıqların əməkdaşları ilə birlikdə qismən səfərbərliyə düşən vətəndaşlardan “yan keçirlər”.

Eyni zamanda, işçilərə patrul zabitləri şəklində turlarda iştirak etmək tapşırılır.

Qeyd edək ki, bir müddət bundan əvvəl rusiyalı hüquqşünaslar yol polisi əməkdaşlarının hərbi komissarlıqdan çağırış vərəqələrini verə biləcəyini istisna etmirdilər.

Bu arada Rusiyanın Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yol polisinin guya sükan arxasındakı kişiləri saxlayıb onları hərbi komissarlığa göndərəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə