İctimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir

Sentyabrın 30-dan etibarən İtaliyada COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən demək olar ki, bütün məhdudiyyətlər başa çatacaq. SİA xəbər verir ki, ölkədə bəzi yerlərdə və məkanlarda qoruyucu maskadan istifadə tələbi ləğv olunur. Artıq avtobuslarda, metroda və qatarlarda, eləcə də xəstəxanalarda və klinikalarında maska taxmaq lazım olmayacaq.

Oktyabrın 31-dən iş yerlərində temperaturun ölçülməsi və qapalı yerlərdə maskadan istifadə tələbi dayandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə