Rusiya Türkiyədə ikinci AES inşa edə bilər

Sinop vilayətində AES-in tikintisi üzrə Rusiya ilə danışıqlar davam etdiriləcək. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Sinop əyalətində atom elektrik stansiyasının tikintisi üçün addımlar atacağıq. Cənab Putinlə bu məsələ ilə bağlı danışıqlarımız olub, onları davam etdirəcəyik”, - Ərdoğan “CNN” Türk telekanalının efirində deyib.

Türkiyə lideri, həmçinin ölkənin cənubundakı Mersin vilayətində tikilən Akkuyu AES-in ilk enerji blokunun 2023-cü ildə işə salınacağını, stansiyanın özünün tikintisinin 2028-ci ildə tamamlanmasının planlaşdırıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə