Hindistan yenə də..."nala-mıxa" vurur?

Hindistanın BMT-dəki daimi nümayəndəsi Ruçira Kamboja çərşənbə axşamı günü Donbassda və Moskvanın nəzarətində olan Xerson və Zaporojye vilayətlərində referendumların keçirilməsi fonunda çağırılan Təhlükəsizlik Şurasının iclasında onları qiymətləndirməkdən çəkinib.

“...Hindistanın Ukraynadakı münaqişəyə yanaşması insan mərkəzli olaraq qalacaq”.

SİA TASS-a istinadən xəbər verir ki, hindistanlı daimi nümayəndə bununla yanaşı “zorakılığa son qoymağa və münaqişənin dialoq və diplomatiya yolu ilə həllinə” çağırıb.

Xatırladaq ki, beş günlük referendumun nəticələrinə görə (23-27 sentyabr) üç regionda - DXR, LPR və Zaporojye vilayətinin nəzarətdə olan hissəsində iştirak edən seçicilərin guya 90 faizdən çoxu Rusiyaya qoşulmağa səs verib. Xerson vilayətinin Moskvanın nəzarətində olan ərazisində 87 faiz lehinə səs verib.

Amma...öz növbəsində Kanada, Almaniya, Fransa, Türkiyə, ABŞ Rusiyanın xeyrinə referendumun nəticələrini heç vaxt tanımayacaqları barədə xəbərdarlıq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə