Daşqın nəticəsində ölənlərin sayı 1663 nəfərə çatıb

Daşqın nəticəsində ölənlərin sayı 1663 nəfərə çatıb

Pakistanda musson yağışlarının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 1663 nəfərə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pakistanda iyun ayından bəri davam edən musson yağışlarının səbəb olduğu sel fəlakətində ölənlərin sayı artmaqda davam edir.

Ölənlərin sayının 1663-ə yüksəldiyi, ümumilikdə 12865 nəfərin yaralandığı bildirilib. Həyatını itirənlərin 614-nün uşaq, 333-nün qadın olduğu bildirilib. Leysan yağışlardan ən çox zərər görən bölgənin Sind əyaləti olduğu müəyyən edilib. Burada 747 nəfər həyatını itirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə