Koronavirusa yoluxanların sayı 621 milyon nəfərə çatıb - DÜNYADA
Dünyada koronavirusa yoluxma hallarının sayı 620 980 154-ə çatıb. SİA xəbər verir ki, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 542 min 165 nəfər COVID-19-dan dünyasını dəyişib. Həmçinin dünyada koronavirusa yoluxmuş 601 milyon 220 min 62 nəfər sağalıb.
Dünyada koronavirusa ən çox ölüm (1 082 030) və yoluxma (97 959 573) ABŞ-da qeydə alınıb. COVID-19-a yoluxma üzrə siyahıda ikinci yerdə Hindistan (44 575 473), üçüncü yerdə Fransa (35 238 174, son sutkada daha 73 639 yoluxma), dördüncü yerdə Braziliya (34 681 231), beşinci yerdə Almaniya (33 041 332), altıncı yerdə Cənubi Koreya (24 673 663) qərarlaşıb.
Son sutkada dünyada koronavirusa ümumilikdə 352 963 yoluxma, 570 ölüm qeydə alınıb. Ötən gün daha 395 982 insan COVID-19-dan sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB