Bağdadda təhlükəsizlik tədbirləri görüldü - Yollar və körpülər bağlandı
İraqın paytaxtdı Bağdadda hökumət yolları və körpüləri bağlayıb. SİA xəbər verir ki, Bağdadda insanlar parlamentin gözlənilən iclasından əvvəl küçələrə axışmağa başlayıb. Bunun üzərinə təhlükəsizlik qüvvələri bölgəyə gedən bütün yolları və körpüləri tanklarla hərəkətə bağlayıb.
Qeyd edək ki, paytaxt Bağdadda Milli Məclis 2 aydan sonra toplanacaq və Milli Məclisin sədrinin istefası müzakirə olunacaq, eləcə də Parlament sədrinin birinci müavini seçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB