Mersində baş verən hücumdan yeni görüntülər ortaya çıxıb

Mersində baş verən hücumdan yeni görüntülər ortaya çıxıb

Türkiyənin Mersin şəhərinin Mezitli bölgəsində polis binasına qarşı təşkil edilən terror aktında şəhid olan qəhrəman polis məmuru Sedat Gezerin terrorçunu zərərsizləşdirdiyi qarşıdurma anı təhlükəsizlik kamerasına düşüb. SİA xəbər verir ki, münaqişə zamanı polis məmuru Gezer tapança ilə ona atəş açan terrorçulardan birini zərərsizləşdirərkən, gizlənərək özünü qorumağa çalışıb. Polis binasının girişindəki daxmaya açılan ilk atəşdə yaralanan Gezerin bu vəziyyətdə qarşıdurmanı davam etdirdiyi öyrənilib. Mersində iki qadın terrorçunun polis binasına hücumu nəticəsində polis Sedat Gezer şəhid olub, polis məmuru Abdulkadir Öztürk isə yaralanıb. Terrorçular üstlərində partlayıcının işə salınması nəticəsində həlak olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə