Fələstin lideri İsrail prezidentini təbrik edib

Fələstin prezidenti Mahmud Abbas İsrail prezidenti İshaq Hersoqu İbrani təqvimi ilə ilin ilk günü olan “Roş-Ha-Şana” münasibətilə təbrik edib. SİA xəbər verir ki, Fələstinin rəsmi agentliyi "WAFA"nın xəbərinə görə, Abbas Hersoqla telefon danışığı aparıb. İsrail Rəyasət Heyətindən verilən açıqlamada qeyd edilib ki, görüş zamanı Hersoq "iki xalq arasında qonşuluq əlaqələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi zərurətinə" işarə edib.

Bildirilib ki, Hersoq “sakitliyi saxlamaq, zorakılıq və ekstremist qüvvələri dayandırmaq üçün birgə hərəkətlərin vacibliyini” vurğulayıb və iki lider “təhlükəsizlik sahəsində əməkdaşlığın artırılmasına ümidləri bölüşüb”.

Qeyd edək ki İsraildə və bütün dünyada yəhudilər yəhudi bayramlarının başlanğıcı olan İbrani Yeni ilinin (Roş-Haşana) başlanğıcını qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə