Rusiya, nəhayət ki, Donbasa “sülh gətirdi”...

Donbaslılar bundan sonra “şah kimi” yaşayacaqlar
Rusiya, nəhayət ki, Donbasa “sülh gətirdi”...

...DXR, LPR, Xerson və Zaporojye vilayətlərində referendumlar tam şəffaflıq və bütün seçki normalarına riayət olunmaqla keçirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“...Bilirəm ki, keçmiş Qərb tərəfdaşlarımız bizi eşitməyəcək, daha doğrusu, bizi eşitməmiş kimi göstərəcəklər, amma deyəcəyəm ki, referendumlar müstəsna şəffaflıq şəraitində və bütün seçki normalarına tam uyğun şəkildə keçirilib”-deyə Nebenzya bildirib.

Rusların BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsinin sözlərinə görə, Donbasın Rusiyaya daxil olması bu ərazilərin əhalisinə sülh gətirəcək, yəni bizim dildə desək, bundan sonra donbaslılar “şah kimi” yaşayacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə