10 gün ərzində Gürcüstana təxminən 80 min rus gəlib

10 gün ərzində Gürcüstana təxminən 80 min rus gəlib

...Sentyabrın 17-dən 26-a kimi Rusiyadan Gürcüstana 78 minə yaxın rus, 62 mindən çox qeyri rus olan Rusiya vətəndaşı keçib.

SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin statistikası bildirib.

Bu arada yerli KİV-in məlumatına görə, Gürcüstan ərazisinə daxil olmaq istəyən rusların sayının artması səbəbindən Rusiyadan Gürcüstanla sərhədə doğru 20 kilometrlik tıxac yaranıb.

Statistikaya görə, sentyabrın 17-dən sentyabrın 22-dək hər gün təxminən 6,6 min rus Gürcüstana daxil olub və çıxıb, sentyabrın 23-dən isə Rusiya Federasiyası vətəndaşlarının sayı doqquz mini keçməyə başlayıb. Belə ki, məsələn, sentyabrın 22-də Rusiya Federasiyasının 6150 vətəndaşı Gürcüstana gəlib, 6050 Rusiya vətəndaşı bu ölkəni tərk edib, sentyabrın 23-də Rusiya Federasiyasının 9307 vətəndaşı daxil olub, 6214 nəfər gedib.

Sentyabrın 24-də 9330 rus Gürcüstana daxil olub, 6249 nəfər gedib; Sentyabrın 25-də ölkəyə 11143 rus gəlib, 5519 gedib, sentyabrın 26-da Rusiya Federasiyasının 10804 rusiyalı gəlib, 4947 nəfər isə ölkəni tərk edib.

Daxili İşlər Nazirliyi aydınlaşdırıb ki, Rusiyadan artan axını effektiv idarə etmək üçün həm sərhəddə immiqrasiya nəzarəti prosedurlarını həyata keçirmək, həm də ictimai asayişi təmin etmək və mümkün hüquqpozmaların qarşısını almaq üçün Darial keçid məntəqəsində əlavə olaraq polis briqadaları yerləşdirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə