Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın keçirdiyi referendumlara cavab olaraq Avropa İttifaqının bu ölkəyə qarşı sanksiyaların daha da sərtləşdirməsini və ölkəsinə silah tədarükünün artırılacağını gözlədiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşü zamanı deyib.
“...Biz həm Avropa İttifaqının Rusiyaya qarşı səkkizinci sanksiya paketində güclü sanksiyalar, həm də Rusiya Federasiyasının bu süni “referendumları” tanıması halında nə baş verəcəyi ilə bağlı ayrı-ayrı aydın siqnallar gözləyirik”, - deyə Zelenski bildirib.
O, həmçinin Ukraynaya hərbi dəstəyin gücləndirilməsinin vacibliyini qeyd edərək, bunu ölkə üçün prioritet adlandırıb.
“...Ərazi bütövlüyümüzün bərpasında irəliləyiş müasir silahlar olmadan mümkün deyil”, - deyə Ukrayna lideri bildirib.
O, Ukraynanın Avropa Birliyinə mümkün daxil olması ilə bağlı Fransadan dəstək gözlədiyini də vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Zelenskinin ofisinin müşaviri Mixail Podolyak Rusiyadakı qismən səfərbərliyə cavab olaraq ölkədə əlavə səfərbərlik aparılmayacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB