“NATO Ukrayna münaqişəsinin bir hissəsi deyil…”

Stoltenberq NATO-nun öz qüvvələrini Rusiya sərhədləri yaxınlığında yerləşdirməsinin səbəbini izah edib
“NATO Ukrayna münaqişəsinin bir hissəsi deyil…”

NATO müttəfiqləri Ukraynadakı hərbi xüsusi əməliyyat nəticəsində tükənmiş silah ehtiyatlarını artırmalıdır. Bu bəyanatla bu gün NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

SİA xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, alyans rəhbəri həmçinin Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsinə çağırıb.

“…Görüşdə müttəfiq ölkələrin potensialı və sursat ehtiyatları müzakirə olunub. Baş katib ehtiyatları mümkün qədər tez doldurmağa çağırıb”, - NATO-nun mətbuat xidmətinin bəyanatında belə deyilir.

Bundan əlavə, Stoltenberq əmin edib ki, alyans Rusiya ilə qarşıdurmaya can atmır və əksinə, münasibətləri gərginləşdirməmək üçün öz qüvvələrini dinc məqsədlər üçün ölkə sərhədləri yaxınlığında toplayır.

O, həmçinin vurğulayıb ki, NATO Ukrayna münaqişəsinin bir hissəsi deyil və Kiyevə yardım “münaqişədə iştirak demək deyil”.

Qeyd edək ki, bundan əvvəl NATO Rusiyada qismən səfərbərlik elan edilməsini Ukrayna ətrafında vəziyyətin “eskalasiyası” kimi qiymətləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə