Terror təşkilatı PKK-nın 6 üzvü zərərsizləşdirilib

Terror təşkilatı PKK-nın 6 üzvü zərərsizləşdirilib

İraqın şimalında bölücü terror təşkilatı PKK-nın 6 terrorçusu zərərsizləşdirilib.

SİA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada uğurlu şəkildə davam edən "Pəncə Kilid" əməliyyatında bölgədəki 6 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilib.

Açıqlamada "Nə İraq, nə də Suriyanın şimalı terrorçular üçün təhlükəsiz deyil. Biz terroru mənbəyində qurutmaqda əzmli və qərarlıyıq" ifadəsi yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə