Suriyada qaçqın düşərgəsi vurulub

Suriyada Bəşər Əsəd rejiminə dəstək verən Rusiya döyüş təyyarələrinin Kefer Lusin bölgəsindəki qaçqın düşərgəsini vurması nəticəsində 8 dinc sakin yaralanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiya döyüş təyyarələri İdlib çölündə Kefer Lusin bölgəsindəki qaçqın düşərgəsini hədəfə alıb.

Yerli mənbələrdən verilən açıqlamada hücumda birinin vəziyyətinin ağır olan 8 mülki vətəndaşın yaralandığı bildirilib.

Məktəbin yanacağına hava hücumu böyük qorxuya səbəb olub.

Hücum bölgəsindən tüstü qalxarkən uşaqların və ailələrinin qorxu içində qaçdığı görülüb.

Yaralılar hadisə yerinə gələn mülki müdafiə qrupları tərəfindən xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə