Finlandiya Rusiya vətəndaşlarından sığınacaq almaq üçün xeyli ərizə qəbul edib.
TASS-ın bu ölkənin immiqrasiya xidmətinə istinadən verdiyi məlumata görə, bazar ertəsi 35, həftə ərzində isə 92 müraciət daxil olub. SİA bu barədə “rambler”ə istinad edir.
İmmiqrasiya xidməti xatırladıb ki, “hərbi vəzifə və ya səfərbərlik sığınacaq verilməsi üçün birbaşa əsas deyil”.
Ona görə də, bütün müraciətlərə xidmətin əməkdaşları tərəfindən fərdi qaydada baxılır.
Finlandiya sərhəd xidmətinin məlumatına görə, bazar ertəsi ölkəyə 7743 rusiyalı daxil olub. Onların əksəriyyəti respublikaya cənub-şərqdəki sərhəd-keçid məntəqələri vasitəsilə gəliblər.
Çərşənbə axşamı Vaalimaa-da 70-ə qədər avtomobilin daxil olduğu üçün növbə yaranıb. Nuijamaa və İmatrada isə vəziyyət nisbətən sakitdir. Bazar ertəsi Şimali Kareliya bölgəsindəki Niirala kəndi vasitəsilə Rusiya Federasiyasının 494 vətəndaşı Suomiyə daxil olub.
Sərhədçilərin bildirdiyinə görə, rusların əksəriyyəti Finlandiya vasitəsilə Avropanın digər ölkələrinə gedirlər.
Bundan əvvəl Finlandiya 2-3 il ərzində Rusiya ilə sərhədin cənub-şərq hissəsində hasar çəkə biləcəyini bildirilmişdi. 1300 km-lik sərhədin yalnız 10-20 faizinin mühafizəsi nəzərdə tutulur. Beləliklə, hasarın uzunluğu 130 km-dən 260 km-ə qədər olacaq. Quruluşun təxminən 50 il dayana biləcəyi güman edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB