Bir sanksiya da referendumlara görə gəlir...

Bir sanksiya da referendumlara görə gəlir...

Avropa İttifaqı referendumlara görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib Avropa İttifaqı Donetsk və Luqansk xalq vilayətlərində (DXR və LPR), həmçinin Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlara görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.

“Əvvəlcədən deyildiyi kimi, referendumların təşkilinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq”, - qeyd edək ki, bunu fransalı nazir bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqında Rusiya əleyhinə yeni məhdudiyyətlər paketinin tətbiqi ilə bağlı məsləhətləşmələr artıq aparılır.

Kolonna onu da bildirib ki, bu, referendumun təşkilinə görə məsul şəxslərə qarşı tədbirləri özündə əks etdirəcək, bundan əlvə əvvəllər sanksiyaların əhatə olunmadığı sahələrə də təsir edəcək.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının nümayəndələri “Rusiyanın birləşməsinə dair” referendumların monitorinqini pozuntu adlandırmışdılar. Brüssel hesab edir ki, assosiasiya ölkələrindən olan müşahidəçilərə qarşı sanksiyalar tətbiq olunacaq.

Bu arada ABŞ dövlət katibi Entoni Blinken dünyanın heç vaxt Donetsk və Luqansk Xalq Respublikalarını (DXR və LXR), eləcə də Xerson və Zaporojye vilayətlərini Rusiyanın bir hissəsi kimi tanımayacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl oxşar fikri Almaniyanın rəhbəri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və bir sıra digər Qərb liderləri də səsləndirmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə