LPR və DPR-də hərbi vəziyyət elan ediləcək

Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının başçıları ərazilərin Rusiyanın tərkibinə keçəcəyi təqdirdə Moskva ilə birlikdə yerdəki hərbi vəziyyətlə bağlı qərar verəcəklər.

SİA TASS-a istinadən xəbər verir ki,bunu LPR rəhbəri Leonid Paseçniki bildirib.

Paseçnikin sözlərinə görə, Rusiya hakimiyyətinin istənilən əmri yerinə yetiriləcək. Qərarın isə birgə veriləcəyi qeyd edilir.

Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Anatoli Vıbornı bildirib ki, Ukraynadan gələn terror aktlarına qarşı çıxmaq üçün Rusiyanın yeni vilayətlərinin ərazilərində antiterror əməliyyatı rejimi həyata keçirilə bilər. Eyni zamanda, antiterror əməliyyatı rejiminin tətbiqi barədə qərarı təhlükəsizliyin təmin edilməsi üzrə federal icra hakimiyyəti orqanının rəhbəri qəbul edir.

Krımın rəhbəri Sergey Aksenovun sözlərinə görə, Donbass respublikası və Zaporojye və Xerson vilayətlərinin azad edilmiş əraziləri Rusiya Federasiyasına qoşulacağı təqdirdə Rusiyanın xüsusi hərbi əməliyyatı faktiki olaraq antiterrorçuluğa çevriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə