ABŞ-dan "Egey adaları"nın təsviri!

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Yunanıstanın qeyri-hərbi adalara zirehli qoşun yeritməsi ilə bağlı suala cavab olaraq, "Bu, NATO tərəfdaşları arasında gərginliyi artıra biləcək bəyanatların və ya hərəkətlərin vaxtı deyil" dedi. SİA xəbər verir ki, Ned Price, "Yunanıstanın qeyri-hərbi adalara zirehli qoşun yeritməsi çərçivəsində Egeydə gərginliyin artması sizi narahat etmirmi?" sualına belə cavab verib: “Rusiyanın növbəti dəfə suveren dövləti işğal etdiyi, transatlantik ictimaiyyət və beynəlxalq ictimaiyyətin Ukrayna xalqının yanında olduğu və Rusiyanın təcavüzünə qarşı durduğu bir vaxtda indi NATO tərəfdaşları arasında gərginliyi artıra biləcək bəyanatların və ya hərəkətlərin vaxtı deyil"

Görüş zamanı sözçü yunan jurnalistə “Ada hansı ölkənin suverenliyindədir, Türkiyənin yoxsa Yunanıstanın?” sualını verib. O, suala cavab vermədən fikir ayrılıqlarının diplomatik yollarla həll edilməsinin vacibliyini bir daha vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə