Ermənistan KTMT təlimlərində iştirak etməyəcək

Ermənistan Müdafiə Nazirliyi ölkənin KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrinin sentyabrın 26-da keçirilməsi planlaşdırılan və Qazaxıstan ərazisindən keçiriləcək təlimlərində iştirak etməyəcəyi barədə məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “infocom.am” portalı məlumat yayıb.

Ermənilər iddia edirlər ki, bu imtina Ermənistanla Azərbaycan sərhədindəki vəziyyətlə bağlıdır.

“...Müdafiə Nazirliyi Azərbaycanın həyata keçirdiyi “təcavüz nəticəsində” Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyəti nəzərə alaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri qarşısında qoyulmuş tapşırıqları əsas götürərək, hərbi əməliyyatlarda iştirakdan çəkinmək qərarına gəlib. Belə ki, biz KTMT çərçivəsində Qazaxıstan Respublikasında keçiriləcək təlimlərə qatlmayacağıq”.

Qeyd edək ki, bunu erməninin müdafiə nazirliyi bildirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə