Gərək ki, xatırlamış olarsınız, BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakına yekun vurarkən Belarusun xarici işlər naziri Vladimir Makey ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinə də münasibət bildirmişdi.
Qeyd edək ki, Makeyin dediklərini sonradan geniş həcmdə Belarus Teleqraf Agentliyi olan “Belta” da yaymışdı.
Belə ki, amerikalı səlahiyyətlinin Ermənistana səfərini şərh edən belarusiyalı nazir Pelosinin özünü yox, amma onun səfərini pisləmişdi.
“...İnanıram ki, sülhməramlı don geyindirən belə “şahin”lərin səfəri yaxşı heç nə gətirmir. Onun Tayvana səfərini xatırlamaq kifayətdir, belə ki, onun gəlişindən sonra regionda vəziyyət kəskin şəkildə pisləşdi”.
Qeyd edək ki, bunları bildirən Vladimir Makey daha sonra: “...KTMT-yə üzvü olan ölkələrə gəldikdə isə, onların heç bir problemin həllində Qərbin köməyinə ehtiyacı yoxdur. Mən şəxsən dərindən əminəm ki, KTMT ölkələrinin heç bir kənar sülhməramlılara arxalanmasına ehtiyac yoxdur”, -deyə bildirmişdi.
Belaruslu nazir daha sonra, “...Qərbdən gələn “şahinlər” KTMT-yə qətiyyən fayda verməyəcək. Ona görə də belə səfərlər müəyyən münaqişələrin aradan qaldırılması ilə deyil, əksinə, kəskinləşməsi ilə əlaqələndiriləcək”, - deyə fikrini yekunlaşdırmışdı.
...Amma sən demə, dövrü mətbuatı “müntəzəm izləyən” Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan belaruslu nazirin Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı qiymətləndirmələrinə “diqqət yetirsə” də, Makeyə cavabını bu gün ünvanlandıra bilib.
Yeri gəlmişkən, böyük proletar yazıçısı Maksim Qorki onu necə demişdi,.. hə, yadıma düşdü: “qəhrəman olmağa həmişə imkan var”.
Hə, indi nə olsun ki, Mnatsakanyan hazırda bekardı deyə,.. niyə də “erməni qəhrəmanlarından” biri olmasın? Budur, o da eləməyib tənbəllik, verib Makeyin cavabını...özü də əsil erməni üslubunda:
“...Görünür, Belarus Xarici İşlər Nazirliyi rəhbərinin spiker Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı fikri var. Amma bu fikir yaxşı heç nə gətirmir. Ermənistanın Belarusun Azərbaycanla hədsiz mehriban münasibəti ilə bağlı çoxlu etirazlarımız var, çoxu da bizim ziyanımıza”.
İnanın, Sizi bilmirəm, amma mən Mnatsakanyanın etirazını İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın “etirazına bənzətdim”. Qeyd edim ki, iranlı nazir də, başbilənlərinin dediklərini təkrarlayaraq, bu dəfə internet sayında Tehranın Cənubi Qafqazda geosiyasi dəyişikliyin və sərhədlərin qəbuledilməzliyi ilə bağlı “öz narazılığını” bildirib. Maraqlıdır, görən, İranın buradakı marağı nədir?
Qeyd edək ki, bu gün Naxçıvana quru yolla gedənlər İran ərazisindən keçməli olurlar...yox, yox bu bizimkilərə parasız başa gəlmir.
Qeyd edək ki, həmən quru yoldan Türkiyə tirləri də istifadə edir. Bilirsinizmi, farslar hər bir tirə görə nə qədər pul tələb edirlər? 1500-1800 dollar arası. Gün ərzində İran ərazisindən Türkiyəyə məxsus 15-20, ay ərzində isə təqribən 100-ə yaxın tir keçirsə...indi özünüz hesablayın ki, bu hara vurur...
Təbii ki, gün ərzində “oturduğu yerdə” bu qədər qazanan İran Qafqazda hər hası bir geosiyasi dəyişikliyə, yəni Naxçıvandan keçəcək dəhlizin açılmasına razı ola bilərmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB