Atdan yıxılan jokey qamışlıqda itdi

Atdan yıxılan jokey qamışlıqda itdi

Türkiyənin Konya şəhərinin Beyşehir bölgəsində bu il keçirilən 23-cü ənənəvi "Rəhvan" at yarışları zamanı bir yarış atı jokeyini yerə salıb. SİA xəbər verir ki, göl kənarında qamışlıq arasında yoxa çıxan jokey saatlarla aparılan axtarışlardan sonra axşam saatlarında tapılıb.

Müxtəlif bölgələrdən yarışçıların qatıldığı yarışlarda xaricdən gətirilən A və B atları, ərəb və ingilis atları da böyük yarışa şahidlik edib. Yarışların sonunda qaliblərə kubok və pul mükafatları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə