Pentaqon Ukraynaya verilən NASAMS-larla bağlı susur...

Pentaqon Ukraynaya verilən NASAMS-larla bağlı susur...

Bu arada Pentaqonun mətbuat xidməti NASAMS hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” yazır.

Beləliklə, agentliyin məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü departamentin bu xəbərdən məlumatlı olduğunu desə də, lakin hələlik onları nə təsdiq, nə də təkzib edə bilər.

...Ukraynanın NASAMS alması ilə bağlı xəbərlərdən məlumatlıyam, lakin hələlik bu barədə əlavə edəcəyim heç nə yoxdur.

Bunu mətbuat katibi “RİA Novosti”nin müvafiq sorğusuna cavab verərkən bildirib.

Qeyd edək ki, bundan əvvəl də Vladimir Zelenski Amerikanın “CBS” telekanalına NASAMS-ın alınması barədə danışıb. Eyni zamanda, müsahibədən aydın deyil ki, söhbət zenit-raket sistemlərinin faktiki tədarükündən gedir, yoxsa onların köçürülməsi qərarından.

Öz növbəsində, Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat daha əvvəl Kiyevin Qərbdən yeni hava hücumundan müdafiə sistemləri gözlədiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə