Bunlar dünyanı nə sayırlar?..

Vaşinqton mümkün zərbəyə cavab barədə bəyanatlar verməzdən əvvəl Rusiyanın nüvə doktrinasını yaxşı-yaxşı öyrənməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar günü, sentyabrın 25-də LDPR fraksiyasının lideri və Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.

ABŞ-ın Ukraynada nüvə silahından istifadə ehtimalı barədə ilk dəfə danışmadığını deyən fraksiyas liderinin fikrincə, onların mütəxəssisləri KİV vasitəsilə xəbərdarlıq etməzdən əvvəl nüvə doktrinasını yaxşıca öyrənməlidirlər.

Maraqlıdır ki, Slutski hazırkı münaqişənin əsas səbəbkarının ABŞ olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton Ukraynaya silah tədarükünü dayandırmalıdır.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, Leonid Slutski onu bildirir ki, əgər ABŞ və digərləri Ukraynaya silah verməsə, bu halda qarşıdurma da bir o qədər tez bitəcək.

...Doğrudan da qərbə məntiqdir. Bunlar, dünyanı nə sayırlar? Yaxşı, sual olunur, ABŞ və ya digəri Ukraynaya silah-sursat vermədi...sonrası nə olacaq? Rusiya “vurub catıb”, istədiyin edəcək?

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqton Moskvanın Ukraynadakı münaqişədə nüvə silahının mümkün istifadəsinə “sərt” cavab veriləcəyini bildirmişdi. (...qeyd edək ki, belə xəbərdarlığı Böyük Britaniya da edib və deyim ki,.. məqam gözləyir-A.B.)

Yeri gəlmişkən, Sallivanın da dediyi kimi, Ağ Ev Kremlin nüvə təhlükəsi ilə bağlı bəyanatlarını artıq ciddi qəbul edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə