Ərdoğan yəhudi vətəndaşları təbrik edib

Ərdoğan yəhudi vətəndaşları təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İbrani təqviminə görə Yeni ilin simvolu olan Roş Aşana münasibəti ilə yəhudi vətəndaşlarını təbrik edib. SİA xəbər verir ki, yəhudi vətəndaşlarını təbrik edən Ərdoğan deyib: "Müxtəlif dinlərə mənsub vətəndaşlarımızın əsrlər boyu birgə sülh və əmin-amanlıq şəraitində yaşaması ölkəmizi hər zaman güclü edən ən mühüm keyfiyyətlərdən biridir. Bu sərvətlərin ölkəmizi hər mənada irəli aparacağına tam əminəm. Bu vəsilə ilə İbrani təqviminə görə Yeni il gecəsini simvolizə edən Roş Aşana münasibəti ilə yəhudi vətəndaşlarını təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə