Ukrayna prezidenti Vladimir Zelenski Kiyev ABŞ-ın vəd etdiyi NASAMS sistemlərini artıq aldığını deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “CBS” telekanalına müsahibə verən Ukrayna prezidenti buna görə Ağ Evin sahibi Cozef Baydenə öz təşəkkürünü bildirib.
Artıq qəbul edilmiş müsbət qərara görə prezident Cozef Baydenə təşəkkür etdiyini deyən Zelenski, “Biz ABŞ Konqresindən NASAMS aldıq”, - deyə bildirib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Rayder sentyabrın 16-da ABŞ iki ay ərzində iki NASAMS hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verəcəyini bildirmişdi.
Bu arada ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də ABŞ-ın Ukraynaya yeni hərbi yardımla təmin etdiyini bildirib.
Onun sözlərinə görə, Kiyevin “hücumlarını davam etdirməsi” lazımdır.
...Daha əvvəl “Reuters” xəbər vermişdi ki, ABŞ hakimiyyəti Ukraynaya növbəti hərbi yardım paketinin ayrılmasını tezliklə elan edəcək. Agentliyin məlumatına görə, yardımın məbləği 600 milyon dollar təşkil edəcəkşğ.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB